Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” və “Gələcəyə İnam” Gənclər İctimai Birliyi ilə birlikdə “Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı yay düşərgəsi layihəsinin icra hissəsini başa vurmuşdur.
Bildirdiyimiz bu düşərgəni keçirməkdə əsas məqsədimiz - gənclər arasında ekoloji maarifləndirmə işi aparmaq, onları ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaq idi.
Düşərgəyə Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlarından, universitetlərdən olan 25 nəfər fəal gənc cəlb olunmuşdur.
21-25 iyul 2011-ci il tarixlərində təşkil olunan “Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı yay düşərgəsi, Azərbaycanın gözəl güşələrindən biri olan Bərdə rayonunun ərazisində Tərtər-Kür qovuşanı, Tuğay meşə zonasında həyata keçirildi.
Düşərgəyə 140-a yaxın gənc maraq göstərmişdir, lakin bunlardan yalnız 25 düşərgədə iştirak hüququ qazanmışdır. İştirakçıların seçimində onların motivasiyası əsas tutulmuş və gender balansina riayət olunmuşdur.
Düşərgə, çadırlarda qalmaqla çöl şəraitində təşkil olunmuşdur. Təlimlər təbiət qoununda-debatlar, qrup işləri və rol oyunları vasitəsi ilə keçirildi. İştirakçılar Bərdə şəhərinin tarixi-mədəni abidələrinə ekskursiya edərək onların tarixi ilə tanış oldular.
“Sülh Korpusunun” könüllüləri Meqan Vill, Donna Mari Landi və Elis Dikstra düşərgəyə ekspert kimi cəlb edilmişdirlər. Onlar, iştirakçılara Amerikada olan ekoloji problemlər və onların həlli yolları haqqında məlumat verdilər, daha sonra iştirakçılarla birgə fikir mübadiləsində fəal iştirak etdilər.
Gənclərə “Ekologiya”, “Ekoloji problemlər və onların həlli”, “Kür çayı-onun flora və faunası”, “Qlobal İstiləşmə və İqlim Dəyişikliyi”, “Kioto protokolu və Kopenhagen Sammiti”, “Ekoloji Təhlükəsizlik” və “Ətraf Mühitin Mühafizəsi” Azərbaycan Respublikasının Qanunu, “Dünyada fəaliyyət göstərən ekoloji forumlar və şəbəkələr” mövzularında təlimlər və ekspertlərin təqdimatları keçirilildi. Layihədə keçirilən təlimlər yerli təlimçi Ləman Babayeva tərəfindən aparıldı. Təlimlər açıq havada keçirildi.
Düşərgədə gənclər, xüsusi çadırlarda qalırdılar. Düşərgədə meşə ərazisində təmizlik aksiyası keçirilmişdir. Layihənin sonunda iştirakçılara sertifikatlar verildi. Layihənin yekunu olaraq sosial şəbəkə olan www.facebook.com –da “Eko Group” adlı səhifə yaradıldı. Bu səhifədə gənclər ekologiya sahəsində fikir mübadiləsini davam etdirəcəkdirlər.

Hörmətlə,
AESMF İctimaiyyətlə Əlaqələr şöbəsi

“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi -PRESS RELİZ
Tarix: 30 Iyul 2011   |   Oxunub: 233 dəfə   | Kateqoriya: QHT » Ətraf mühit, gənclər, yay
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar