Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




“22 May Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya
“22 May Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya22 May 2010-cu il tarixində “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında “22 May Beynəlxalq Biomüxtəliflik Günü”nün qeyd olunması ilə bağlı Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Bu günü ölkəmizdə qeyd etmək məqsədi ilə təşkilatçılar tərəfindən 5000 ədəd maarifləndirici buklet dərc olunmuş və gün ərzində könüllülər vasitəsi ilə Bakı şəhərində paylanması nəzərdə tutulmuşdur.
Tədbirə giriş verən “İRƏLİ” İB-nin Tədqiqatlar Mərkəzinin rəhbəri Afaq Zeynalova qonaqları təqdim edib daha sonra “22 May Beynəlxalq Biomüxtəliflik Günü” haqqında qısa məlumat verdi.
Tədbiri Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti professor Rauf Sultanov “Biomüxtəliflik” haqqında çıxışı ilə davam etdirdi. Layihənin ideyası, detalları və partnyorlar haqqında Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun ekoloqu Sadiq Rzayev ətraflı məlumat verdi. BMT-nin İctimai İnformasiya Departamentinin nümayəndəsi İqrar Əliyev BMT-nin bu istiqamətdə gördüyü işlər haqqında çıxış etdi və biomüxtəlifliyə aid xüsusi hazırlanmış video çarx nümayiş etdirdi. Tədbirin yekunu olaraq layihəyə könüllü qoşulan gənclər çıxış edərək öz fikirləri ilə qonaqlarla paylaşdılar.Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyinin və bir neçə QHT-nın nümayəndələri iştirak etdilər. “Ekologiya ili” çərçivəsində təşkilatlar əməkdaşlıq edərək fəaliyyətlərinin davam etdirirlər.

“22 May Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya“22 May Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya“22 May Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya“22 May Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya“22 May Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya“22 May Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya“22 May Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya“22 May Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya“22 May Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya“22 May Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya
Tarix: 24 May 2010   |   Oxunub: 182 dəfə   | Kateqoriya: QHT » 22 May Beynəlxalq Biomüxtəliflik
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar