Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




Ermənilər Qarabağda daş kömürünün başına "daş salırlar"
Ermənilər Qarabağda daş kömürünün başına "daş salırlar" Azərbaycan torpaqlarına göz dikən işğalçıların yeni "arzular"ı ortaya çıxıb.
Bu gün erməni işğalı altında olan Dağlıq Qarabağda külli miqdarda daş kömürü ehtiyatları var. Azərbaycan torpaqlarına göz dikən ermənilər indi də bu daş kömürünü özlərinə qənimət bilir. Hətta vəziyyət o yerə çatıb ki, Qarabağda yaşayan ermənilər özlərini dolandırmaq və düşdükləri iqtisadi böhrandan çıxmaq üçün Azərbaycanın bu daş kömürünü hasil edib dünya bazarlarına çıxarmaq niyyətindədir. Qondarma “DQR”i dünyada heç kim tanımadığı üçün onlar bu işi Ermənistana həvalə etmək fikrindədir. Hətta bu məqsədlə Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan Dağlıq Qarabağa səfər edib.

Yuxusunda ac toyuğun darı gördüyü kimi, erməni nazir də indi bu daş kömürün sanki Qarabağın əllərindən çıxacağını bilib, tez zamanda necə və nə cür hasil edəcəklərini düşünür. Onun sözlərinə görə, Dağlıq Qarabağın daş kömür ehtiyatları Qarabağ və Ermənistan üçün enerji maraqları baxımından olduqca böyük və əhəmiyyətli maraq kəsb edir: “Daş kömürün istifadəsi son zamanlar dünya bazarlarında onsuzda yüksək olan enerji daşıyıcılarının bahalaşmasının qarşısını ala bilər və regionda eneji sahəsində yeni bir bazar yarada bilər”, - deyə Movsisyan bildirib.

Qondarma “DQR”in baş naziri Ara Arutyunyan isə deyib ki, bu, Qarabağ və Ermənistanın eneji asılılığını aradan qaldırmaq üçün ciddi bir proqram hazırlamaq baxımından bir vasitə olacaq. O hətta 2-3 ildən sonra daş kömürünün dünya bazarlarına tədarükünü də istisna etməyib. Lakin Arutyunyanın dedikləri analiz edilsə, bu planın sırf separatçı rejimin arzularına əsaslandığını görmək olar. Yəni, iqtisadi nöqteyi-nəzərdən Dağlıq Qarabağ ərazisində çıxarılan daş kömürünün dünya bazarlarına tədarükü qeyri-rentabellidir, həm də bir sıra digər amillərə görə inandırıcı görünmür.

www.ans.az
Tarix: 22 Iyun 2011   |   Oxunub: 371 dəfə   | Kateqoriya: Qarabağ
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar