
Humanitar Tədqiqatlar Cəmiyyəti Beynəlxalq Həyacan (Böyük Britaniya) təşkilatı ilə birlikdə 2011-ci il mart ayının 3-də “Kipr və Şimali İrlandiya münàqişəsi timsalında sülhyaratma və silahlı münaqişədən sonra birgəyaşayış təcrübəsi: Cənubi Qafqazla təcrübə paylaşması” konfransı çərçivəsində gənc fəalların iştirakı ilə konfrans təşkil etmişdir.

Tədbirdə Kipr Respublikasında sülhyaratma prosesində aktiv mövqe nümayiş etdirən və prosesin idarə olunmasına cəlb olunmuş mütəxəssislər, münaqişə və ondan sonrakı proseslərlə bağlı təcrübələrini bölüşmüşlər. Azərbaycanlı ekspertlərlə sülhyaratma prosesində cəmiyyətin, kütləvi informasiya vasitələrinin və digər aktiv insanların rolu barəsində fikir mübadiləsi aparılmışdır.
Tədbirə fondumuzun əməkdaşı Sadiq Rzayev də dəvət olunmuşdur.
Konfrans Novxanıda yerləşən AF Hotelin konfrans zalında keçirilmişdir.