Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi
“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay DüşərgəsiAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2010-cu ildə gənclər təşkilatları üçün qrant müsabiqəsi elan etmişdir. Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” və “Gələcəyə İnam” Gənclər İctimai Birliyi ilə birlikdə “Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı yay düşərgəsi layihəsini hazırlayaraq nazirliyə təqdim etmişdir.
2011-ci il “2 Fevral-Gənclər Günü” Gənclər və İdman Nazirliyi qrant müsabiqəsində qalib gəlmiş layihələrin siyahısını açıqlamışdır. Bu siyahıda “Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı yay düşərgəsidə vardı. Layihənin icrasına may ayından başlanılacaq. Layihənin rəhbəri AESMF-nun ekoloqu Sadiq Rzayevdir. Layihənin məqsədi - gənclər arasında ekoloji maarifləndirmə işi aparmaq, onları ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqdır.
Layihəyə Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlarından olan 25 nəfər fəal gənc cəlb olunacaq. Gənclərin seçimi üçün internet vasitəsi ilə ərizə forması yayılacaq, seçim aparılacaq. Seçim zamanı qruplarda gender balansına riayət ediləcək. Seçimin ən əsas meyarlarından biri ərizəçinin motivasiyası olacaqdır. Layihənin icrası 2 hissədən ibarətdir. Ümumilikdə layihə 2 ay 15 gün davam edəcək. Düşərgə Bərdə rayonu ərazisində Tərtər Kür qovuşanında, Tuqay meşələrində həyata keçiriləcəkdir. Gənclərə “Ekologiya”, “Ekoloji problemlər və onların həlli”, “Kür çayı-onun flora və faunası”, “Qlobal İstiləşmə və İqlim Dəyişikliyi”, “Kioto protokolu və Kopenhagen Sammiti”, “Ekoloji Təhlükəsizlik” və “Ətraf Mühitin Mühafizəsi” Azərbaycan Respublikasının Qanunu, “Dünyada fəaliyyət göstərən ekoloji forumlar və şəbəkələr” mövzusunda təlimlər və ekspertlərin təqdimatı keçiriləcəkdir. Layihədə keçirilən təlimlər 2 yerli təlimçilər tərəfindən aparılacaq. Təlimlər açıq havada keçiriləcəkdir. Gənclər, düşərgə zamanı Bərdə rayonuna ekskursiya edəcəklər. Düşərgədə meşə ərazisində təmizlik aksiyası keçiriləcəkdir. Təmizlənmiş ərazilərdə “Meşəmizi Qoruyaq” adlı şüar lövhələr basdırılacaqdır. Layihənin sonunda iştirakçılara sertifikatlar veriləcək.
Layihənin gedişi haqqında məlumat daima fondumuzun saytında (www.azecology.az) yerləşdiriləcəkdir.
Tarix: 11 Fevral 2011   |   Oxunub: 418 dəfə   | Kateqoriya: Bizim fəaliyyət
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar