
Qlobal istiləşmə güclü yağışların nəzərəçarpacaq dərəcədə artmasına gətirib çıxaracaq. Amerika alimləri riyazi modelləşdirmə və müşahidələr nəticəsində əldə olunmuş analizlər əsasən bu qərara gəliblər.
Science jurnalında dərc olunmuş tədqiqatda Redinqdə Britaniya Universitetindən olan Riçard Allanom və Mayami Universitetindən olan Brayan Soden qeyd ediblər ki, onların əldə etdikləri məlumatlara əsasən istiləşmə tezliyinin və yağıntıların həddi yüksək səviyyədə artacaq.
İsti atmosferdə daha çox rütubət olur ki, bu da yağıntıların intensivliyini artırır.
20 illik müşahidələr zamanı əldə olunmuş məlumatların analizi təsdiq edir ki, yağıntılar isti dövrlərdə daha çox güclənir və soyuq dövrdə isə daha az qeydə alınır. Ancaq müşahidə olunmuş yağıntıların güclənməsi mövcud iqlim modellərinin göstərdiyindən daha çox olub.
/www.rian.ru/