
Avstraliya alimləri hesab edirlər ki, kenquru, qoyun və qaramalın artırılması atmosferdə istixana qaz tullantılarını ¼ qədər azaldaraq qlobal istiləşmə ilə mübarizəyə kömək edə bilər.
Gövşəyən heyvanların peyinindən iki güclü istixana qazı ayrılır: azot oksidi və metan. Baxmayaraq ki, karbon qazı istixana effektinin yaranmasında əsas faktor hesab edilir, ancaq müqayisədə azot oksidi istixana effektinin yaranmasına 310 dəfə, metan isə 21 dəfə daha çox səbəb olur.
Tədqiqat müəlliflərinin hesablamalarına görə, Avstraliya ərazisində istixana qaz tullantılarının ümumi həcminin 11 faizi qoyunlar və qaramal üzərinə düşür.
Kenqurular isə az səviyyədə metan “istehsal edirlər”, bu haqda alimlər qeyd edib.
Onlar təklif edirlər ki, 2020-ci ilə kimi 7 milyon qaramal və 36 milyon qoyun 175 milyon kenquru ilə əvəz edilsin. Bu, atmosferdə istixana qaz tullantılarının illik 3 faiz azalmasına və həmçinin ət istehsalının əvvəlki səviyyəsinin qorunub saxlanılmasına imkan yaradacaq.
Ancaq bu cür dəyişiklik nəzərəçarpacaq dərəcədə mədəni və sosial yenidənqurma işləri həmçinin, investisiya tələb edir.
Ət istehsalında kenqurudan istifadə olunması bütün dünyada tətbiq edilə bilər. Bu haqda tədqiqatın nəticələrində qeyd olunub.
/www.rian.ru/