
Hind okeanının temperaturunun artması cənubi və şərqi Afrikada yağıntılarının səviyyəsinin azalmasına gətirib çıxarıb. Bu isə öz növbəsində kontinentdə qida çatışmazlığı problemini daha da kəskinləşdirir. Bu haqda amerika alimlərinin apardıqları tədqiqatda qeyd olunur.
Müəllif qeyd edir ki, Afrikanın şərq və cənubunda qida çatışmazlığından əziyyət çəkən insanların sayı 1980-cı ildən başlayaraq iki dəfədən çox artıb. Bununla bahəm kəndlərdə kasıblıq həddi 1990-cı illərdə artıb, əhalinin artım səviyyəsini əvvəlki həddlə davam edir, ərzaq istehsalı isə azalıb.
Yerüstü stansiya və peyklər vasitəsilə yağıntılar haqqında əldə olunmuş məlumatlar yeni bir tendesiya ortaya çıxarıb. Belə ki, yağıntıların səviyyəsi və yağmurlu mövsüm Hind okeanının qərb sahillərində yerləşən ölkələrdə 15 faiz azalıb.
Kompyuter modelləşdirilməsi və müşahidələr göstərib ki, Hind okeanının mərkəzi regionlarında istiləşmə yağıntıların səviyyəsinin azalmasına səbəb olaraq, rütubətli havanın kontinentə doğru yerdəyişməsinə maneə olur.
Beləliklə, 20-ci əsrin sonunda insan fəaliyyəti nəticəsində Hind okeanının temperaturunun artması bəşəriyyət üçün, quraqlıq və sosial itkilərlə müşahidə olunacaq təhlükəli iqlim dəyişikliklərinə gətirib çıxaracaq.
Alimlərin fikirlərinə görə əgər bu tendesiya saxlanılarsa, regionda aclıqdan əziyyət çəkənlərin sayı 2030-cu ildə 50 faiz artacaq.
Alimlər Afrikanın şərq sahillərində 1950-ci ildən 2005-ci ilə qədər müddətdə yağıntılar haqqında məlumatları analiz ediblər. Yağıntıların azalması Efiopiya, Kenuya, Tanzaniya, Zambiya, Malavi və Zimbabvedə qeydə alınıb.
Son 10-15 ildə yağıntıların azalması daha çox həssas ekosistemi olan Somali və şərqi Efiopiya kimi Şərqi Afrika ölkələrində qeydə alınıb. Alimlər onlar tərəfindən yaradılmış kompyuter modelinin köməyilə hadisələrin gələcək inkişafının mümkün variantlarını sınaqdan keçiriblər.
Afrikanın Hind okeanı sahillərində yağıntıların səviyyəsi ilə əlaqədar yoxlanılmış 11 variantdan 9-da müəyyən olunub ki, yağıntıların səviyyəsi 20-25 il ərzində 15 faiz sürətlə azalır. Bu haqda tədqiqatın aparıcı müəllifi qeyd edib.
/www.rian.ru/