
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə ərazisində quş ovuna qoyulan qadağaya heç bir əsas görmür. Bu haqda Kəpəz Televiziyasına eksklüziv açıqlama verən Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova buna səbəb kimi Azərbaycanda “donuz qripi” və “quş qripi” viruslarının aşkarlanmadığını göstərib.
“Belə müraciətlər bizə ovçuluq təsərrüfatları tərəfindən olub. Buna dövlət komissiyası tərəfindən baxılmalıdır. Biz Baytarlıq Xidməti olaraq öz fikrimizi, rəyimizi bu sahədə bildirmişik ki, bu məsələyə etiraz etmirik. Ölkə ərazisində quş qripi aşkarlanmadığına görə, ovçuluq təsərrüfatlarının müraciətlərinə müsbət cavab vermişik. Ancaq bu qərara tək biz yox, müvafiq qurumlar da müsbət cavab verməlidir.
Ona görə, bu məsələyə yalnız dövlət komissiyasında baxıldıqdan sonra birgə rəy veriləcək”.
www.milli.az