Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




Keçən il təbii su hövzələrinə 335,02 milyon ədəd balıq körpəsi buraxılıb
Keçən il təbii su hövzələrinə 335,02 milyon ədəd balıq körpəsi buraxılıb Ekologiya və Təbii Sərvətlər Nazirliyi keçən il su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində görülmüş işlərlə bağlı məlumat yayıb.

Adıçəkilən nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti Xəzər dənizində, çaylarda və daxili su hövzələrində məskunlaşmış vətəgə əhəmiyyətli balıq növlərinin ehtiyatının bərpa edilməsi, artırılması, qorunub saxlanılması, habelə bioresurslardan istifadənin tənzimlənməsi istiqamətində ardıcıl fəaliyyətini 2011-ci ildə də uğurla davam etdirib.

Ötən ildə Departamentin nəzdində müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələrinin artırılmasını təmin edən müəssisələr tərəfindən 335,02 milyon ədəd balıq körpəsi (nərə cinsli balıqlar 3,41 milyon ədəd, qızılbalıq 171,6 min ədəd, çəkikimilər 326,84 milyon ədəd, (ağ amur) bitki ilə qidalanan 4,6 milyon ədəd) süni və təbii yolla artırılıb təbii su hövzələrinə buraxılıb.

Keçən dövrdə Departamentin əməkdaşları tərəfindən 73 qanun pozuntusu aşkar olunub, 19 akt və 54 protokol tərtib edilib, 54 nəfər məsuliyyətə cəlb olunub. Qanun pozucularından 8 ədəd qayıq, 70 ədəd tor, 740 müxtəlif növ balıq götürülüb, 3 iş respublikanın rayon məhkəmələrinə, 22 iş hüquq-mühafizə orqanlarına göndərilib, 29 işə inzibati qaydada departament tərəfindən baxılıb. Bioloji resurslara vurulmuş ziyanla bağlı ümumilikdə 38419 manat məbləğində iddia tətbiq edilib.

Keçən il Departament tərəfindən “Balıqçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq 22 hüquqi və 119 nəfər fiziki şəxsə balıq ehtiyatlardan istifadə etmək üçün icazə verilib. Bu müddətdə sənaye ovu üçün kilkə, siyənək və axçalı balıq növlərinin ovlanmasına müvafiq kvotalar ayrılıb, nərə balıqartırma zavodlarının törədici balıqlarla təmin edilməsi və elmi-tədqiqat məqsədləri üçün nərəcinsli balıq növlərinin ovlanmasına icazə verilib.



www.gun.az
Tarix: 17 Fevral 2012   |   Oxunub: 102 dəfə   | Kateqoriya: Xəbərlər » Ölkədə
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar