Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




Fevral ayına olan hava proqnozu
Fevral ayına olan hava proqnozu Fevral ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Lakin ayın ilk günlərində və ayın ikinci ongünlüyündə temperaturun iqlim normasından aşağı enəcəyi proqnozlaşdırılır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik mənfi fərqlə iqlim normasına yaxındır.
Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, soyuq dövrlərdə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, soyuq dövrlərdə 0-2 dərəcə şaxta təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 3-8 dərəcə şaxta, soyuq dövrlərdə 15-20 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, soyuq dövrlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan,
Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 2-7 dərəcə şaxta, soyuq dövrlərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, soyuq dövrlərdə 2-7 dərəcə şaxta olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


Qazax-Gəncə, Tər-Tər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl, Goranboy rayonlarında

Orta aylıq temperaturun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, soyuq dövrlərdə 5-10 dərəcə şaxta , gündüz 4-9 dərəcə isti, soyuq dövrlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm) olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən,
Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, soyuq dövrlərdə 10-15 dərəcə şaxta, bəzi yerlərdə 18 dərəcəyədək şaxta, gündüz 1-6 dərəcə isti, soyuq dövrlərdə 1-5 dərəcə şaxta olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-55 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 1-6 dərəcə isti, soyuq dövrlərdə 2-7 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, soyuq dövrlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında

Orta aylıq temperaturun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecə 1-5 dərəcə isti, soyuq dövrlərdə 2-5 dərəcə şaxta, dağlarda 10-15 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, soyuq dövrlərdə 0 dərəcəyə yaxın, dağlarda 3-8 dərəcə şaxta olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 44-105 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.


www.eco.gov.az
Tarix: 1 Fevral 2012   |   Oxunub: 244 dəfə   | Kateqoriya: Xəbərlər » Ölkədə
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar