Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




Azərbaycan ərazisinin təxminən 10 faizi xüsusi mühafizə olunan təbiət əraziləridir
 Azərbaycan ərazisinin təxminən 10 faizi xüsusi mühafizə olunan təbiət əraziləridir Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,2 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumata görə, hazırda Azərbaycanın ümumi sahəsi 880 774,04 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Ötən il Azərbaycan Prezidentinin 26 dekabr 2008-ci il tarixli sərəncamına əsasən, ölkədə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması məqsədilə layihə-dizayn işlərinin başa çatdırılması istiqamətində işlər davam etdirilib.

Almaniya Federal Hökumətinin dəstəyi ilə "Qafqaz təşəbbüsü" proqramı çərçivəsində "Samur-Yalama" Milli Parkı layihəsi üzrə torpaqayırma sənədlərinin işlənilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilib, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq xəritələr hazırlanıb. Müvafiq sənədlər aidiyyəti dövlət orqanlarından rəy alınması üçün təqdim edilib.

Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer rezervatının yaradılması ilə əlaqədar təyin olunmuş xarici ekspertlərlə birlikdə müvafiq tədbirlər həyata keçirilib. Almaniya tərəfindən daxil olmuş xüsusi razılaşma sənədinə ETSN-nin aidiyyəti qurumları tərəfindən baxılıb, rəy və təkliflər qarşı tərəfə təqdim edilib.


www.trend.az
Tarix: 31 Yanvar 2012   |   Oxunub: 129 dəfə   | Kateqoriya: Xəbərlər » Ölkədə
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar