Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




Fevralın 2-dən Azərbaycanda hava şəraiti yenidən kəskinləşəcək
Fevralın 2-dən Azərbaycanda hava şəraiti yenidən kəskinləşəcək Qısa davam edən mülayimləşmədən sonra fevralın 2-də ölkə ərazisində hava şəraiti yenidən kəskinləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bazar ertəsi Trend-ə deyib ki, fevralın 2-də yenidən güclü şimal-qərb küləyi əsəcək, fasilələrlə qar yağacaq. Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə şaxta təşkil edəcək, yollar buz bağlayacaq.

Yanvarın 31-də isə ölkə ərazisində hava şəraiti arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq, saniyədə 8-13 metr sürətlə şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu respublikanın Aran rayonlarında gecə 1-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.

Yanvarın 30-da gecə saatlarında Bakıda və Abşeron yarımadasında 1-4 dərəcə şaxta gözlənilir.

Yanvarın 31-də gündüz saatlarından başlayaraq, hava nisbətən mülayimləşəcək və artıq havanın temperaturu nisbətən yüksələcək. Sabah gün ərzində temperaturun müsbət 4 dərəcəyədək yüksələcəyi gözlənilir.

Fevralın 1-də isə gündüz saatlarında hava şəraitinin qısa müddətə mülayimləşəcəyi, temperaturun 4-6 dərəcə isti təşkil edəcəyi gözlənilir. Lakin fevralın 1-dən başlayaraq, şimal-qərb küləyi yenidən saniyədə 10-15 metr sürəti ilə əsəcək, gecə saatlarında küləyin sürəti 18-20 metrədək güclənəcək, temperatur yenidən sıfır dərəcəyə yaxınlaşacaq.


www.trend.az
Tarix: 31 Yanvar 2012   |   Oxunub: 151 dəfə   | Kateqoriya: Xəbərlər » Ölkədə
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar