Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




Gəncədə yaşıllıq zolaqları artırılır
Gəncədə yaşıllıq zolaqları artırılır Gəncənin daha cəlbedici və gözəl görünməsi üçün xarici ölkələrdən müxtəlif növ bəzək və dekorativ bitkilərin gətirilməsi prosesi sürətlənib. Belə ki, il ərzində Gəncənin müxtəlif yerlərinə 130 mindən artıq ağac və kol bitkiləri, 100 minə yaxın gül və çiçək əkilib.

Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin rəisi İxtiyar İskəndərov bildirib ki, Heydər Əliyev parkında, eyni zamanda, Nizami məqbərəsinin ətrafında çoxsaylı ağacların əkilməsi işləri davam etdirilib. Bu günə kimi adıçəkilən ərazilərdə 100 minə yaxın ağac, 20 min qızılgül kolu əkilib. Bundan başqa, Gəncənin mərkəzi meydanında, küçələrində 10 hektardan çox qazon salınıb, 70 min ədədə yaxın müxtəlif çiçək və kollar əkilib. Əkilən ağaclardan isə Eldar şamı və s. göstərmək olar ki, bunlar da sırf payız və qış fəsli üçün xarakterikdir.

Nizami məqbərəsi və Gəncə-Şəmkir yolunun ətraf ərazilərində xüsusilə bahalı ağaclar əkilib. Bu ilin əvvəlindən başlayaraq 20 min ağac əkilib. Əkilən ağacların suvarılması ilk olaraq xüsusi avtomobillərlə təmin edilsə də, ötən il ümumilikdə 11 artezian quyusu istifadəyə verilib, 2 artezian isə qazılır. Şəhərin abadlaşdırılması işləri çərçivəsində bundan sonra da müxtəlif ağac və kol bitkilərinin gətirilməsi davam edəcək.
Gəncədəki tikinti və quruculuq işləri tam başa çatandan sonra isə şəhərin tamamilə yaşıllaşdırılması üçün bir çox layihələr həyata keçiriləcək.


www.milli.az
Tarix: 17 Yanvar 2012   |   Oxunub: 46 dəfə   | Kateqoriya: Xəbərlər » Ölkədə
Təqvim
«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar