Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




Meşə yanğınlarının qarşısının alınması
Meşə yanğınlarının qarşısının alınması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin əməkdaşları meşələrimizdə baş verə biləcək fövqəladə ekoloji hadisələrin qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, yanğın baş verən zaman qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığın yoxlanılması, meşə yanğınları ilə mübarizə üsullarının təkmilləşdirilməsi və mənimsənilməsi məqsədilə təlim məşqləri keçirmişlər.

Təlim Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları ilə birgə Şamaxı meşəbəyliyinin otlaq sahəsi ilə həmsərhəd olan Qozluq adlanan ərazisində keçirilmişdir.

Təlim məşqlərində meşələrdə yanğın baş verən zaman müxtəlif vasitələrlə yanğının söndürülməsi, Mərkəzə məxsus xüsusi təyinatlı yanğınsöndürən avtomaşın vasitəsilə suyun daha uzaq məsafələrə vurulması və yanğının geniş əraziyə yayılmasının qarşısının alınması, qüvvə və vasitələrin yanğın baş vermiş əraziyə dərhal cəlb olunması və idarə edilməsi şəxsi heyətə nümayiş etdirilmişdir.
Təlimdə 30 nəfərə yaxın şəxsi heyətin iştirakı ilə müxtəlif texniki vasitələrdən istifadə edilmiş və qarşıya qoyulmuş məqsədə nail olunmuşdur.

www.eco.gov.az
Tarix: 10 Yanvar 2012   |   Oxunub: 140 dəfə   | Kateqoriya: Xəbərlər » Ölkədə
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar