Bakının Yeni Suraxanı qəsəbəsində qeyri-adi hadisə baş verib. Limon ağacı həm həcmcə çox böyük, həm də əl formasını xatırladan limonlar verib. Bu qeyri-adi hadisə Əliyevlər ailəsində baş verib. Ailə bu hadisənin ötən il may ayının 18-də İmam Əlinin xatirəsinə verdikləri ehsan süfrəsindən sonra baş verdiyini deyirlər.
“Bu limon 2 əl formasını xatırladır. Sanki iki əl bir-biri ilə xudahafizləşir. Bu, Allahın möcüzəsidir. Təklikdə də, bu limonlar əl formasını xatırladır”, - deyə ev sahibəsi Aycamal Əliyeva bildirib.
Qeyd edək ki, Əliyevlər ailəsi limonların verilən ehsan süfrəsinin Allah tərəfindən qəbul edilməsi kimi dəyərləndirirlər.




www.anspress.com