
Sinoptiklər bu gün İsmayıllıda sürəti saatda 1,5 metrə çatacaq cənub küləyi gözlənildiyini deyiblər. Havanın hərarəti gündüz müsbət 2, gecə 0 dərəcə olacaq.
Sabah isə İsmayıllıda gündüz 1 dərəcə isti, gecə isə 3 dərəcə şaxta pronozlaşdırılır.
Anspress xəbər verir ki, Qubaya da qar yağıb. Bu rayonda şaxtalı havanın yanvarın 4-dək davam edəcəyi proqnozlaşdırılır.
Qar ən çox Quba rayonunun Xaltan kəndinə yağıb. Burada qarın hündürlüyü 12 sm, havanın hərarəti isə -6 dərəcədir. Qubanın Xınalıq kəndində isə qarın hündürlüyü 4 sm, havanın temperaturu isə -12-yə çatıb. Qubanın özündə isə vəziyyət nisbətən yaxşıdır. Burada -2 dərəcə şaxta var və şəhərdə qarın hündürlüyü 2 sm-ə çatıb.
Şaxtalı hava rayonun yollarının buz bağlamasına səbəb olub. Lakin hələlik vəziyyət o qədər də kritik həddə çatmayıb.
Hazırda Qusara da qar yağır. Rayonda havanın temperaturu -6 dərəcə, qarın hündürlüyü isə 4 sm-ə çatıb. Qusar rayonunda da yollar buz bağlayıb.
www.milli.az