Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




Türkiyədə Kürün suyundan SES-də istifadənin Azərbaycan ərazisinə təsiri açıqlanıb
Türkiyədə Kürün suyundan SES-də istifadənin Azərbaycan ərazisinə təsiri açıqlanıb Nazirliyin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov çərşənbə günü bildirib ki, Türkiyə öz dövlətçilik hüququndan istifadə edərək təbii su ehtiyatlarından bir hissəsini öz kənd təsərrüfatı və energetika ehtiyaclarını ödəmək üçün istifadə etmək fikrindədir.

Türkiyədə tikintisi planlaşdırılan "Beşikkaya" SES-in işləməsi üçün Kür çayının suyundan istifadə edilməsi gözlənilir.

"Bununla bağlı azərbaycanlı mütəxəssislərin iştirakı ilə Türkiyədə araşdırmalar aparılıb və Ərdahan bölgəsində həyata keçiriləcək layihənin xüsusiyyətləri müəyyən olunub. Bu bölgədə formalaşan su ildə 1 mlrd. kubmetrə yaxındır ki, bu da Gürcüstana ötürülür. Türkiyə bu həcmin yalnız 285 milyon kubmetrini öz məqsədləri üçün istifadə etmək fikrindədir", - o deyib.

Həsənovun sözlərinə görə, hazırda layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Layihənin həyata keçirilməsi Türkiyə hökuməti tərəfindən dəstəklənir.

"Azərbaycana Gürcüstan sərhədindən Kür çayı vasitəsilə daxil olan sular ildə 8,7 mlrd kubmetrdir. Kür çayının ümumi illik su ehtiyatları isə 26,9 mlrd kubmetrdir. Götürüləcək 285 mln kubmetr su Gürcüstandan daxil olan ümumi suyun cəmi 3 faizini təşkil edir ki, bunun da Azərbaycanın su ehtiyatlarına, onun ekosisteminin digər sahələrinə heç bir mənfi təsiri gözlənilmir", - nazirlik nümayəndəsi deyib.

www.milli.az
Tarix: 29 Dekabr 2011   |   Oxunub: 343 dəfə   | Kateqoriya: Xəbərlər » Ölkədə
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar