Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




ETSN tərəfindən 10-a yaxın müəssisəyə məcburi göstərişlər verilib
ETSN tərəfindən 10-a yaxın müəssisəyə məcburi göstərişlər verilibAzərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin keçirdiyi monitorinqlər nəticəsində bir sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edilib.
Nazirlikdən verilən məlumata görə, «Bibiheybət» Neft-Qaz Çıxarma İdarəsinin fəaliyyət zonasına daxil olan «Kaspar» adlanan ərazidən neftdən ayrılan lay suyunun Xəzər dənizinə, «Balaxanıneft» Neft-Qaz Çıxarma İdarəsinin fəaliyyəti nəticəsində neftlə birlikdə çıxan lay suları Ramanı gölünə, oradan da tam təmizlənmədən nasoslar vasitəsi ilə Hövsan kanalına nəql edilərək Xəzər dənizinə axıdılır.
Bununla yanaşı, «Suraxanı Oil» Əməliyyat Şirkəti tərəfindən «Suraxanı» yatağında quyuların istismarı zamanı neftdən ayrılan lay suyunun tam təmizlənmədən nasoslar vasitəsi ilə Hövsan kanalına nəql edilərək Xəzər dənizinə axıdılması faktı aşkarlanıb. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Bioloji Təmizləmə Qurğusuna daxil olan sənaye axıntı və məişət çirkab sularının reqlament normalarına uyğun təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması, «28 May» Neft-Qaz Çıxarma İdarəsinin fəaliyyət zonasına daxil olan Çilov adasında istismar olunan quyulardan hasil olunan lay sularının uducu quyulara vurulmaması, KU-200 tipli Bioloji Təmizləmə Qurğusuna daxil olan məişət çirkab suların təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması, həmçinin, adada formalaşan müxtəlif tərkibli bərk məişət tullantılarının müvafiq qaydada yığılaraq utilizasiya edilməməsi aşkarlanıb.
Həmçinin, «Azəryod» MMC-də quyulardan çıxarılan lay sularından yod istehsalında istifadə edildikdən sonra formalaşan çirkab tullantı suların təmizlənmədən Mil-Muğan kanalına, oradan da Xəzər dənizinə axıdılması faktı müəyyən olunub. Bu faktla əlaqədar «Azəryod» MMC cərimələnib. Nazirlik sadalanan nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan müddətli «məcburi göstəriş»lər də verib.

/www.apa.az/
Tarix: 16 Avqust 2008   |   Oxunub: 796 dəfə   | Kateqoriya: Xəbərlər » Ölkədə
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar