Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




Nazirlər Kabineti yeni qayda tərtib edib
Nazirlər Kabineti yeni qayda tərtib edib Azərbaycan Nazirlər Kabineti «Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi qaydası»nı təsdiq edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Qaydalara əsasən, tullantıların yığılması, istifadəsi və zərərsizləşdirilməsinə görə haqq tullantıların həcmi, növü və digər xüsusiyyətləri (toksiklik sinfini) nəzərə alınaraq, çirkləndirici tərəfindən ödənilir.
Haqqın hesablanması isə İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib və təsdiq edilmiş təlimata uyğun aparılır. Tullantıların yığılması və yerləşdirilməsi təbiətdən istifadəçiyə məxsus ərazilərdə və ya ətraf mühitə neqativ təsir mənbəyinin yerləşdiyi sənaye zonası hüdudlarında aparılarsa, haqqın miqdarı hesablanarkən «0,3» əmsalı tətbiq edilir. Məişət tullantıları poliqonlarının istismarçıları təbiətdən istifadəçi sayılmadığından bu haqqın ödənilməsindən azaddırlar.
Tullantıların limitdən artıq yerləşdirilməsinə görə haqqın məbləği limit həddində yerləşdirilən vahid həcmdə tullantı üçün müəyyənləşdirilmiş normativin 5 misli miqdarında qəbul edilir. İcazə alınmadan tullantılar ayrılmamış ərazilərdə və ya poliqonlarda, zibilxanalarda, tutumlarda, şlam-anbarlarda yerləşdirilərsə və ya tullantı emalı ilə məşğul olan müəssisələrə aparılarsa, haqq 10 dəfə artırılır. Təbiətdən istifadəçi ETSN ilə razılaşdırılan müddətdə tullantılara görə haqqı ödəmədiyi halda, hər gecikən gün üçün 0,1% cərimə tutulur.

/www.apa.az/
Tarix: 14 Avqust 2008   |   Oxunub: 614 dəfə   | Kateqoriya: Xəbərlər » Ölkədə
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar