
Yaxın günlərdə Abşeron yarımadasında gözlənilən qeyri-sabit hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişsiz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yaxın günlərdə Abşeron yarımadasında hava nisbətən sərinləşsə də, havada rütubətliliyin normadan çox olması gözlənilir. Havanın temperaturu tədricən 3-5 dərəcə qalxacaq. Bununla əlaqədar meteohəssas insanlar üçün müəyyən qədər narahatçılıq yarana bilər.
/www.apa.az/