
Azərbaycan ərazisində ötən günlər ərzində müşahidə edilən temperatur rejimi iqlim normasından 3 dərəcə aşağı olub. Həmin günlərdə paytaxtda 28 dərəcə temperatur qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva bildirib ki, ötən günlərə nisbətən bu həftə ərzində temperatur bir qədər yüksələcək. Lakin temperatur norma daxilində tərəddüd edəcək. Kəskin anomal istilər isə bu həftə ərzində gözlənilmir.
Paytaxtda günorta saatlarında 32-36 dərəcə istinin olacağı proqnozlaşdırılır. Avqustun 13-ü axşam saatlarından başlayaraq arabir güclənən şimal küləyi üstünlük təşkil edəcək. Ümumiyyətlə, həftə ərzində hava dəyişkən buludlu və yağmursuz keçəcək. Yalnız bəzi dağlıq ərazilərdə gecə saatlarında qısamüddətli yağış gözlənilir.
/www.apa.az/