
Bu gündən başlayaraq avqustun 10-u gündüz saatlarınadək Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, temperaturun tədricən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir və bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı, əsasən gecə və axşam saatlarında lokal leysan xarakterli olacağı ehtimalı var.
Proqnoza əsasən, şimal-qərb küləyinin 15-20 m/s, avqustun 8-də isə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
/www.trend.az/