Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




Astarada təbiət möcüzəsi
Astarada təbiət möcüzəsi Astaranın tanıtımı yerli sakinlərin Tanrı payı adlandırdıqları, çağladıqca alışıb-yanan bulaqdır. Ərçivan kəndində yerləşən bu möcüzəli bulağın suyunu yolçular can dərmanı sayır.

“Bu suyun tayı-bərabəri yoxdur. Adam o qədər içir ki, öyrəşir bu suya. Sonra onsuz qalmaq mümkün olmur”, – deyə kənd sakini Süleyman Məmmədov bildirib.

Yaşı bilinməyən, el arasında Əsədulla bulağı kimi də tanınan yanar bulağın yayın lap qızmar çağında, quraqlıqda da olsa suyu tükənmir. Heç vaxt qurumur. İnsanı doyurmayan, çaya xüsusi dad verən bu bulağın xaricilərin diqqətini çəkməsi də təsadüfi deyil.

Astara rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Əfqan Şəfiyevin sözlərinə görə, bir çox əcnəbinin bura marağı böyükdür. “Hindistandan uzaq ölkəyə gedən bir zəvvarı görmüşəm ki, burada nəzir-niyaz qoymaq fikrində olub. Maraqlanmışam bu nə məsələdir, deyib ki, bizim dədə-babalarımız guya atəşpərəstlərdir. Hindistanda məbəd tipli bulaqlar var”, - deyə Əfqan Şəfiyev vurğulayıb.

Onun sözlərinə görə, bulağın suyu azalmasa da, müəyyən vaxtlarda artır və onda yanma qabiliyyəti təhlükəli həddə çatır. “Yer altında təkanlar müşahidə olunarkən buradakı su daha da coşur. Hətta 20 metrliyə suyun dağıntısı müşahidə olunur. Həmin təlatümlü vaxtlarda onu yandırıblar və atəş sərdabənin üst hissəsini də yandırıb”.

Rayon Mədəniyyət və Turuzm şöbəsinin nümayəndəsi Astarada turuzmin inkişafı üçün yanar bulağı əvəzsiz sayır. “Çox təəssüf ki, bulağın suyu səmərəsiz axaraq gedir. Yalnız məhdud sayda adamlar bu sudan istifadə edir. Biz çox istəyərdik ki, diqqəti cəlb eləsin. Müalicəvi kurort turuzminin inkişaf etdirilməsi üçün bu yanar bulağın ətrafında gözəl kompleks inşa etmək olar”.

Qeyd edək ki, Allahın qadir əlilə yaradılan bu nadir möcüzəli bulaq yoldan keçən yolçuların qəlblərinə sərinlik, dərdlərinə məlhəm olur.

www.anspress.com
Tarix: 12 Sentyabr 2011   |   Oxunub: 339 dəfə   | Kateqoriya: Bu maraqlıdır » Təbiət hadisələri
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar