
Heyvanların mühafizəsi Britaniya təşkilarının məlumatlarına əsasən 2005-ci ildə dünyada elmi eksperimentlər aparmaq üçün 115 milyon canlıdan istifadə olunub. Hesabat müəllifi qeyd edib ki, onların bu rəqəmi rəsmi məlumatlara əsaslanır.
Məlumatların yığılmasında Viviseksiyanın Məhvi Britaniya Birliyi və Doktor Xedvin İnsan Tədqiqatı Fondu iştirak ediblər. Bu təşkilatların hesablamalarına görə tədqiqatlarda daha çox istifadə olunan canlı gəmiricilərdir (83,5 %). Primatlar 0,15 %, pişiklər 0,06 %, itlər 0,24 % təşkil edib.
Hesabat müəllifləri etiraf edirlər ki, onların dərc etdirdikləri bu göstərici tam dəqiq deyil. Tədqiq olunmuş 179 ölkədən 37-i canlıların istifadəsi haqqında məlumatları labaratoriya sinaqları zamanı əldə edirlər. Qalanları isə bu cür statistika hazırlamırlar.
Heyvanların mühafizəsi ilə məşğul olan cəmiyyət ümid edir ki, bu hesabatdan sonra eksperimentlərdə canlılardan istifadə sayı azalacaq. Bir çox ölkələrdə qoyulmuş qadağalar məhkəmə işçiləri ilə tədqiqatçılar arasında narazılığa səbəb olur. Belə ki, iyul ayının ortalarında Surixedə məhkəmənin aşağı instansiyası tədqiqatçılara makakanın beynində sınaq aparmağa icazə verməyib. İnsanlar qarşısında bu cür sınaqlar aparmaq mümkünsüzdür.
/www.lenta.ru/