
Külək enerjisi üzrə Ümumdünya Şurası elan etmişdir ki, keçən ilin yekunlarına görə Çin külək enerjisi istehsalı göstəricisi üzrə Almaniyanı üstələmişdir. İndi o, yalnız Amerika Birləşmiş Ştatlarından geridə qalmaqla ikinci yerdədir.
Mütəxəssislərin proqnozlarına görə, Çin artıq 2020-ci ildə Amerikanı da ötüb keçərək dünyada birinci ola bilər. Həmin il külək enerjisi istehsal edilməsi üçün 15 milyard vatt gücündə turbin aqreqatı istifadəyə veriləcəkdir.