Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




SƏHRADA DÜNYANIN EKOLOJİ BAXIMDAN ƏN TƏMİZ ŞƏHƏRİ SALINACAQDIR
SƏHRADA DÜNYANIN EKOLOJİ BAXIMDAN ƏN TƏMİZ ŞƏHƏRİ SALINACAQDIR
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabinin ətrafında salınacaq ekoloji baxımdan ən təmiz şəhərdə avtomobil tıxacları olmayacaqdır, çünki şəhərin küçələrində atmosferi işlənmiş qazlarla zəhərləyən avtomobillər şütüməyəcəkdir. Burada göydələnlər ucaldılmayacaqdır, çünki bütün evlər ekoloji təmiz materiallardan inşa olunacaqdır. Şəhərdə zibilliklərə də rast gəlinməyəcəkdir, çünki məişət tullantılarının 100 faizi təkrar emal ediləcəkdir. Bir sözlə, şəhər deyil, Azərbaycan nağıllarındakı kimi gül-gülü, bülbül-bülbülü çağıran cənnətməkan olacaqdır.
Altı kvadratkilometr ərazidə salınacaq şəhərin adı Məsdərdir. Burada 50 minədək adam məskunlaşa bilər. Şəhərin əsas enerji mənbəyi Günəş olacaqdır. Yeri gəlmişkən, Məsdərdə Yaxın Şərqdə ən böyük Günəş elektrik stansiyası tikilmişdir. Ümumi dəyəri 15-30 milyard dollar arasında olan bu şəhəri 5-10 il müddətinə tikmək nəzərdə tutulur. Şəhəri isti səmum yellərindən qorumaq üçün onun perimetri boyu nəhəng divarlar çəkiləcəkdir. Dar küçələr, alçaq, bir-birinə sığınmış evlər şəhərə kölgə salacaq, sərinlik yaradacaqdır. Şəhərin küçələrində yerləşdiriləcək xüsusi ekranlar sakinləri qızmar günəş şüalarının zərərli təsirindən qoruyacaqdır.
Havanı təmiz saxlamaq üçün avtomobillərə şəhərə girişi qəti qadağan ediləcəkdir. Burada yalnız robotlaşdırılmış Personal Rapid Transit sistemləri - müasir elektromobillər işləyəcəkdir
Tarix: 12 Aprel 2010   |   Oxunub: 519 dəfə   | Kateqoriya: Bu maraqlıdır » İnsan fəaliyyəti
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar