Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




Asqıran meymunlar və buynuzlu ilanlar tapılıb
Ən nadir, fotoşəkilləri və videogörüntüləri indiyədək olmayan Birma dikburun meymunlarının ilk fotoları əldə olunub.

Myanmadakı Kaçin dağının ətəklərindəki cəngəlliklərdə bu meymunların şəkilləri çəkilib.

Britaniyadakı Beynəlxalq Fauna və Flora Cəmiyyətinin tanınmış üzvü Ceremi Holden həmin meymunları əks etdirə bilib.

Yerli sakinlərin "üzüyuxarı" və "asqıran" adlandırdıqları meymunlar dikburun olduqlarından musson yağışları zamanı yağış suyu onların burunlarına dolur. Bu səbəbdən meymunlar daim asqırır, başlarını aşağı tutmağa çalışırlar.
Meymunların varlığı bilinsə də, indiyədək yalnız onların dəriləri və sümükləri tapılmışdı.

Myanmanın Çin ilə sərhəd bölgəsində yerləşən Kaçin dağının ətəklərindəki cəngəlliklərdə 200 belə meymunun yaşadığı güman edilir.

"Biodiversity and Nature Conservation Association" və "Fauna and Flora International" təşkilatlarının əməkdaşları artıq dağ ətəklərində araşdırmalara başlayıblar.



Bu arada Tanzaniyada "buynuzlu" adlanan sarı naxışlı gürzə növü tapılıb.
Yeni ilan növü ilə bağlı məlumatlar "Zootaxa" jurnalında dərc olunub.

Hazırda belə ilanlardan birinin ABŞ-ın Nyu-York şəhərindəki Bronks zooparkına aparılması ilə bağlı danışıqlar aparılır.



Asqıran meymunlar və buynuzlu ilanlar tapılıb
Asqıran meymunlar və buynuzlu ilanlar tapılıbAsqıran meymunlar və buynuzlu ilanlar tapılıb





www.milli.az
Tarix: 12 Yanvar 2012   |   Oxunub: 212 dəfə   | Kateqoriya: Bu maraqlıdır » Flora və Fauna
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar