
Karib dənizi sularında dəniz şir balıqlarının intensiv artımı akvatoriyanın daimi sakinlərinin məhvinə gətirib çıxarır. Alimlər güman edirlər ki, yayılma arealı Hind və Sakit Okean olan bu canlılar bura balıqçılıq gəmisi ilə gəlib çıxıblar.
Bütün bədəni uzun, zəhərli çıxıntılarla örtülü, ağ – tünd qırmızı zolaqlı kiçik balıqlar digər balıqlara və xərçəngkimilərə hücum edir. Bu balığın ölçüsü əqrəbin ölçüsünün yarısına bərabərdir. Tədqiqatçıların müşahidələrinə görə yarım saat ərzində bir şir balığı 20-dən çox kiçik balıq yeyə bilir.
Vəhşi canlıların kiçik artımı Baham adalarının yaxınlığında da müşahidə edilib.
Dəniz biologiyası üzrə ekspertlər bu növdən olan balıqları, dayaz sulu ərazilər, mərcan rifləri və manqr bitkiləri də daxil olmaqla bütün ekoloji ərazilərdə müşahidə ediblər. Bu ərazilər bəzi növ balıqların normal inkişafı üçün lazımı məkanlardır.
Əvvəllər digər yad növlərdən olan həşəratların müxtəlif ərazilərdə ağırlaşmış ekosistemə ciddi ziyanları olub. Belə ki, Avstraliyaya gəlib çıxmış evdovşanları kontinentdə bir çox növlərin məskunlaşdığı ərazilərin xeyli hissəsini məhv etmişdilər. Viktoriya gölündən Afrikaya gəlib çıxan nil xan balıqları isə 200-dən çox növü məhv etmişdilər.
/www.lenta.ru/