
Şimali Dakota Universitetindən olan professor Adam Lyus və onun həmkarları Antraktidanın buz örtüyü altında xərçəngkimilər, həşərat və mamır aşkar ediblər. Tapıntıların yaşı təxminən 14 milyon ildir.
Bu tapıntılar artıq sübut edir ki, Antraktida regionunda nə vaxtsa mamırlar və həşəratlar olub. Kaynazoy erasında bu ərazidə, hal-hazırda Kanada və Rusiyadakı kimi tundra olub.
Aşkar olunmuş mamır digər bitki və heyvan qalıqlarından fərqlənib, belə ki, mineral maddələr mamırın zərif toxumalarına təsir edə bilməyib və onlar bu günkü günə qədər olduğu kimi qalıb.
İndiki tapıntıların digərlərindən bir fərqi də o olub ki, bunlar Antraktida sahillərindən çox uzaqda aşkar olunub.
Bu ərazidə qeyri-adi buzlaqların olması, tundra bitkilərinin və həşərat qalıqlarının olması ondan xəbər verir ki, 14 milyon il bundan öncə buranın iqlimi daha isti və rütubətli olub.
Beləliklə də, tapıntılar təkcə kontinentdəki canlı həyatdan deyil, həmçinin Antraktidanın iqlimindən, ümumilikdə Planetin iqlim dəyişikliyindən xəbər verir.
/www.mignews.ru/