Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




Alimlər dünyanın ən kiçik ilanını tapıblar
Alimlər dünyanın ən kiçik ilanını tapıblarDünyanın ən kiçik ilanı Karib adası - Barbadosda aşkar olunub. Leptotyphlops carlae adlandırılmış ilanın uzunluğu 11 santimetrdən çox deyil.
Amerikanın Pensilvaniya Universitetindən olan bioloq Bler Hedjes öz tapıntısı haqqında Zootaxa jurnalında dərc olunmuş məqaləsində ətraflı məlumat verib.
Bioloq bu ilanı Barbadosun şərq hissəsində meşədə aşkar edib. O güman edir ki, ilanın nadir növ olmasına səbəb bu ərazidə inşaat işlərinin aparılmasıdır.
“Canlıların yaşayış sahələrinin məhv edilməsi Planetin biomüxtəlifliyini təhlükə altında qoyan əsas səbəblərdəndir. Karib adası isə bu baxımdan ən zərif ərazilərdən biridir. Burada yaşayan nadir növlər, onların məskunlaşdığı ərazilər məhv olsa belə heç yerə gedə bilmirlər.” bu haqda bioloq qeyd edib.
O qeyd edib ki, tapılmış ilan indiyədək elmə naməlum olub. Bu, aparılmış genetik tədqiqatların köməyilə sübut olunub. Beləliklə, alim müəyyən edib ki, Leptotyphlops carlae 3,1 min ilan növünün arasında ən kiçik ilandır.
O həmçinin əlavə edib ki, bu ilanın qidasını milçək və termitlərin sürfələri təşkil edir.
Hedjes və onun həmkarları Karib adasında 65-dən çox yeni növ amfibiya və sürünən aşkar ediblər.

/www.rian.ru/
Tarix: 6 Avqust 2008   |   Oxunub: 1216 dəfə   | Kateqoriya: Bu maraqlıdır » Flora və Fauna
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar