
Rusiyalı bioloqlar 30 min ilə yaxın yaşı olan toxumdan bitki yetişdirməyə nail olub. Qoyunqulağı kimi tanınan “Silene stenofilla” bitkisinin toxumları donmuş vəziyyətdə Sibirdə Kolıma çayının sahilində aşkarlanıb. Torpaqşünaslıq İnstitutunun alimləri qoyunqulağı toxumlarını gəmiricilər sinfindən olan sincab yuvasından tapdıqlarını və onların yetişdirilmək üçün ideal vəziyyətdə qaldığını bildirib. Alimlər toxumların ən sağlam fraqmentlərini xüsusi minerallı mühitə yerləşdirib. Fraqmentlərin gözlənilmədən cücərti verdiyini görən alimlər onları dərhal torpaqda əkib və nəticədə yeni toxum əldə edərək, ağ rəngli çiçək yetişdirməyə nail olub.
Tapıntı barədə məlumat və elmi tədqiqatların nəticələri "National Proceedings of Science" elmi jurnalında dərc olunub.
Qeyd edək ki, rusiyalı alimlər bununla qədim toxumdan yetişdirilən bitki rekordunu təzələyib. Belə ki, əvvəlki göstəriciyə yəhudi botaniklər nail olmuşdu. Onlar 2 min il yaşı olan toxumdan xurma ağacı yetişdirə bilmişdi.
www.anspress.com