
Pakistanın Kəraçi liman şəhərinin sahillərində balıqçılar nəhəng köpəkbalığı tapıblar. 12 metr uzunluğunda, 7 ton ağırlığında olan ölü balığı buxtaya gətirmək üçün balıqçılar xeyli çətinlik çəkiblər. Sahil nəhəng balığa tamaşa etmək istəyən sakinlərlə dolub. Ağır köpəkbalığı bir neçə kran və kəndirlərin köməyilə 4 saat davam edən əməliyyat nəticəsində sudan çıxarılıb.
Köpəkbalığı 1,7 milyon rupi, yəni təxminən 19 min dollara hərraca çıxarılıb. Nəhəng köpəkbalığı Kəraçidəki hərrac zalında 3 gün nümayiş etdiriləcək.
Qeyd edək ki, köpəkbalığı dünyada ən böyük balıq hesab edilir və onun uzunluğu 20 metrə çata bilər.
www.anspress.com