Heyvanların orta ömür müddəti müxtəlif səbəblərdən;saxlanma və yemlənmə şəraitindən asılıdır.Adətən ev heyvanları və zooparkda saxlanılan heyvanlar,vəhşi təbiətdə yaşayan heyvanlardan çox yaşayır.Bunun səbəbi odur ki,bu heyvanlara daim insan qayğısı və nəzarəti var...
İtlər-çox müxtəlif cinsləri olduğu üçün ömür müddətləri də müxtəlifdir.Belə ki,buldoq 8-10 il,böyük pudel 15-17 il,layka 10-14 il,Qafqaz avçarkası 9-11 il,Alman avçarkası 10-14 il,taksa-12-14 il yaşayır.Oratalam müddət kimi ,itlərin ömrünü 13 il götürmək olar.
Pişiklər-orta hesabla 10-15 il yaşayırlar,lakin küçə pişiklərinin ömrü az olur:3-5 il.Ginnesin rekordlar kitabına düşən ən uzun ömürlü pişiklər 34 il ömür sürmüş Böyük Britaniyadan "Ma" adlı və ABŞ-dan "Qranla Reks Alen" adlı pişikllərdir.
Siçanlar-1-2, siçovullar 2-3 il ömür sürürlər.Lakin 6 ilə qədər yaşayn nömayəndələri də elmə məlumdur.Xomyak 1,5-3 il,dəniz donuzcuğu 6-8 il,burunduk 10,şinşilla 15 ilə qədər yaşayır.
Atlar-orta hesab 2025 il yaşayırlar.Ən uzunömürlü at 62 il yaşayıb.Lakin ponilərin ömrü az olur.Ən uzun ömürlü poni 54 il yaşayıb.
İnəklər-20 ilə qədər yaşayır,bəzi nümayəndələr 35 ilə qədər də yaşaya bilir.
Fillər-adətən 60-70 il yaşayır.
Ayılar-30-45 il...l
Tülkülər-6-8 il,bəziləri 20 il...
Qunduzlar-10-12 il,bəzən də 20 ilə qədər ömür sürürlər.
Şimpanzelər-50 il,oranqutanlar35-40 il,makakalar 15-20 il ömür sürürlər.
Tısbağalar-ən uzunömürlü onurğalı heyvanlar sayılır,onlar ortalama 130 il ömür sürürlər.Lakin bəzi nümayəndələri 130-150 və daha çox ömür sürürlər...
Qarğalar-ən uzun ömürlü quşlardır,onların orta həyat müddəti 10-15 il olsa da 75 ilə qədər ömür sürə bilirlər.Bayuşlar 68,Berkut 46,kondor 52,ördək 21,toyuq 13,göyərçin isə 12 ilə qədər ömür sürür...
www.big.az