
Balıqların belə mutant formalarının yaranması Yer kürəsinin ekosisteminə ciddi təsir edə bilər.
"Scientist"ə istinadən bildirir ki, Avstraliya sahillərində tapılmış mutant balıqlar qaraüzgəcli köpəkbalığı ilə Avstraliya qaraüzgəcli köpəkbalığının qarışığıdır. Hibrid böyük dözümlülüyü və ekstremal şəraitə tez uyğunlaşması ilə seçilir. Üstəlik, onlar adi köpəkbalıqları ilə müqayisədə dəfələrlə aqressiv, güclüdür.
Alimlər Kvinslenddən Yeni Cənubi Uels sahillərinədək olan 200 kilometrlik bölgədə 57 belə köpəkbalığı tapıblar.
"Bu, fantastik, bizi şoka salmış hadisədir. Köpəkbalıqları heç zaman başqa növdən olan balıqlarla cütləşmirlər. Tam fərqli iki növdən doğulmuş bu köpəkbalıqları ağlagəlməz hadisədir", - professor Cess Morqan deyib.
www.milli.az