Bakı - Sumqayıt + Gəncə + Şamaxı - Şəki + Naxçıvan - Kəlbəcər - Şuşa -
Saat
Ekoloji simvollar
Ekoloji faktlar
Ekoloji lüğət
Sorğu

Bakı şəhəri
Gəncə şəhəri
Sumqayıt şəhəri
Naxçıvan şəhəri
Şirvan şəhəri
Mingəçevir şəhəri




Bilirsinizmi?
Bayquşlar göy rəngi görə bilən yeqanə quşdur.

Xəstələnməyən yeganə heyvan köpək balığıdır.

Bir dəvəquşunun gözü beynindən böyükdür.

Heyvanların ən böyüyü mavi balinadır. (uzunluğu 33 m, ağırlığı 190 ton)

Qütb ayıları solaxaydır.

Dəvə dəniz suyu içə bilməklə yanaşı bir dəfədə 250 litrə qədər su içə bilir.

Qurbağanın 2600-ə yaxın növü var.

İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə edir.

Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, avtomobilin mühərrikindən çıxan qazın tərkibində 2-10%, neft başqa yanacaqda 0,5-1% , papiros tüstüsündə isə 0,1 -1 % karbon qazı vardır.

Yer kürəsi 4,6 mlrd. il bundan əvvəl soyuq qaz və toz dumanından yaranmışdır.

İnsan gün ərzində 1 kq qida və 2 litr su qəbul edirsə onun normal fəaliyyəti üçün 25 kq hava tələb olunur. Bir ildə isə, insan 1-1,5 ton oksigen istifadə edir.

Yerin 20-25 km dərinliyində müxtəlif kimyəvi tərkibə malik 1,3 mlrd. km3 su ehtiyyatı olmaqla, hər il vulkan püskürməsi nəticəsində 1 km3 su mantiyadan Yer səthinə axır.

Dünyada olan avtomaşınların daxili yanacaq mühərriklərindən hər il orta hesabla atmosferə 260-270 milyon ton aerozol ixrac edilir. İstifadə olunan hər 1 litr yanacağın 350 qr zəhərləyici tullantısı əmələ gəlir.

Planetimizdə ən yüksək mütləq maksimum temperatur ilk dəfə Liviyanın Tripoli şəhərində (58,1oC), ikinci dəfə ABŞ-ın Kaliforniya ştatının Ölüm dərəsində (56,7oC), üçuncü dəfə isə Tar səhrasında (53oC) müşahidə olunmuşdur.

Dünyanın ən soyuq yerləri Avrasiyanın və Antraktidanın şimal-şərq əraziləri sayılır. Ən aşağı mütləq minimum temperatur ( - 89,2o C ) ilk dəfə Antraktidadakı “Vostok“ stansiyasında, Şimal yarımkürəsində isə Rusiyanın Yakutiya (Saxa) Respublikasındakı Oymyakonda ( -71oC) qeydə alınmışdır.

Günəş şüaları yer səthinə saniyədə 300 000 km sürətlə gəlir. Günəşdən yerin səthinə 1 dəqiqə ərzində 1 sm2 sahəyə 1,94 kal. enerji düşür.

Günəşin görünən şüaları qırmızı və bənövşəyi, görünməyən şüaları isə infiraqırmızı və infirabənövşyi şüalardır. Atmosferin aşağı qatlarında , yerli şəraitdən asılı olaraq 1 m3 havada təxminən 0.25-25 mq –a qədər toz olur. Tozun tərkibindən və ölçülərindən asılı olaraq tənəffüs yollarında 10% - dan 48 % -ə qədər toz qala bilər.

Əhalinın hər bir nəfərinə düşən atmosferə atılan tullantıların miqdarı Danimarkada -4 ton , İngiltərədə - 32 ton, Polşada- 55 ton , Avstraliyada-8 ton, Almaniyada -160 ton , İtaliyada – 20 ton , İsveçdə isə 6 ton təşkil edir.

Ozon oksigen mənbəyidir. Son elmi tədqiqatların nəticələrinə görə , îzon hər il orta hesabla 0.3 – 1 % azalır. Qış aylarında isə ozonun azalması bəzən 6 – 8 %-ə çatır. Mütəxəssislərin fikrincə 1 litr neft 100 min litr suyu xarab edir.

İnsan sakit halda konveksiya yolu ilə 15,3% , şüalanma yolu ilə 55,6% , tərləmə yolu ilə 29,1% istilik itirir.

Bir gündə hər min ədəd avtomobil mühərrikindən havaya 3,2 ton karbon oksidi, 200-400 kq digər qazabənzər maddələr buraxılır.

Əhalisi 1,5-2,0 mln olan 1 şəhərin atmosferinə yalnız nəfəsalma və tərləmə vasitəsilə 600-800 mln.m3 karbon qazı, 180-240 m3 su buxarı və s. atılır.

Gürcüstanın çirkab suları ilə Kür çayı hövzəsinə 500 – 700 min ton üzvü maddə, 28 – 30 min ton azot – fosfor duzları , 3000 min ton bərk çöküntülər , 16 min ton süni səthi aktiv maddələr və s. axıdılır.

Son 100 ildə atmosferdə CO2 -nin konsentrasiyası 12-13%, toz bulanması 10-12% artmış, yerin işıqlanması isə 7-10% azalmışdır.

Kosmik fəzanın nəzarətsiz istismarı nəticəsində kosmosa 3000 tondan artıq zibil kütləsi atılmışdır.

Hazırda Yer ətrafında 800 kosmik gəmi fırlanır və yaxın kosmosda ekoloji problem yaradır. Halbuki Yeri kosmosdan öyrənmək üçün cəmi 20 kosmik peyk kifayətdir.

Əgər əvvəllər hər 100 ildə yalnız bir növ biot (bitki və heyvan növləri) məhv olurdusa, hazırda 1 saat ərzində Yer kürəsində 50 növ biot məhv olur.

XX əsrin sonunda planetimizin təbii quru ekosisteminin 63% -i dağılıb, meşələrin 3/2 hissəsi qırılıb, 200 milyon hektardan çox əkin sahəsi kənd təsərrüfatı üçün tamamilə yararsız hala düşüb.

Əvvəllər hər 100 ildə əhalinin sayı 1 milyard artdığı halda, hazırda hər 15 ildən bir bu artım 1 milyard nəfər olur.

Dünyada bir gün ərzində səhralaşma və şorlaşma nəticəsində 44 0000 ha torpaq sahəsi öz münbitliyini və təsərrüfat əhəmiyyətini itirir.

BMT-nin məlumatlarına görə hər il dünya meşələrinin 25 milyon hektar (Fransanın ərazisinin yarısı qədər) sahəsi qırılıb məhv edilir.

1 damla neft 25 litr suyu yararsız hala salır.

Hər il Yer üzünə ildırımla 10 milyon ton azot gətirilir.

18 fevral 1979-cu ildə Saxara səhrasına qar yağmışdır.

Televiziya ilə ilk hava proqnozu 11 noyabr 1936-cı ildə İngiltərədə verilmişdir.

Hər il Yer üzündə 50 mindən artıq zəlzələ baş verir.

Təxminən Yer kürəsinin 70% -i su ilə örtülüdür. Bundan yalnız 1%-i içməli su kimi yararlıdır.

Dünya okeanının həcmi 328 000 000 kub milə bərabərdir.

Orta ölçülü aysberqin çəkisi təxminən 20 millyon tondur.

Ən böyük aysberq 1956-cı ildə qeydə alınmışdır. Onun uzunluğu 320 km, eni isə 96 km olmuşdur ki, bu da Belçikanın ərazisindən böyükdür.

1971-ci ildə Yaponiyanın İşiqaki adasında qeydə alınmış ən böyük dalğanın hündürlüyü 85 metrə çatırdı.

Ən yaşlı ağac - ABŞ-nın Nevada ştatında Yaşı 4900 il olan Qılçıqlı şam ağacıdır.

Ən böyük ağac - ABŞ-nın Kaliforniya ştatında 4 hündürlüyü 83 metr, diametri 24 metr olan nəhəng Sekvoya Dendron və ya Mamont ağacıdır.

Ən hündür ağac-ABŞ-nın Kaliforniya ştatında bitən, boyu 110,3 metr olan həmişə yaşıl Sekvoya ağacıdır.

Ən tez böyüyən ağac - Evkolipt ağacıdır ki, bir ildə 10,6 metr böyüyür.

Ən hündür şələlə - Anhel şəlaləsidir ki, Venesuelada yerləşir və 1054 metr hündürlükdən tökülür.

Dünyada ən iri dolu dənəsi - çəkisi 750 gr olub və 1970-cı ilin sentyabr ayında ABŞ-nın Qanzas ştatında düşüb.

Ən iri quru heyvanı - Afrika filidir ki, onun hündürlüyü 3,8 metrəyə, uzunluğu 10 metrəyə, çəkisi isə 10,8 tona çatır.

Alimlər hesablamışlar - bitkilər 1 ha sahədə saatda 8 kq-ma qədər karbon gazını udur. Hər adama ildə orta hesabla 400 kq oksigen lazımdır
Fotosintez prossesi - gündüz günəş işığının təsiri ilə baş verir. Gecə vaxtı bitkilər də digər canlı orqanizmlər kimi oksigeni udur, karbonu buraxırlar. Lakin bitkilərin nəfəs almağa sərf etdikləri oksigen istehsal etdiyindən 20 dəfə azdır.

Alimlər hesablamışlar - Ağcaqayın,yabanı armud və digər bir sıra ağacların yaşıl yarpağının hər kilogramı 15 nəfər adamı öldürə biləcək benzolu tutub saxlayır.

Nə üçün qoz, əncil və aylant ağaclarının kölgəsində oturmağı məsləhət görmürlər? - Ttoksin maddəsinin çox ifraz etdiyinə görə.

Eldar şamının təbii yayılma arealı haradadır ? - «Ellər oyuğu» adlanan sahə.

Relikt bitkilər nə deməkdir? - Keçmiş geoloci dövr florasından qalmış və yeni mühitə uyğunlaşmış bitki növləri.

Arid bitkilər nə deməkdir? - Qquraq iqlimli ərazilərdə bitən bitki növləri.

Arı hansı ağacdan daha çox bal toplaya bilir? - Cökədən.

Hansı ağacın gövdəsindən içməli şirə alınır? - Tozağacı.

Hansı bitkinin yarpağından boyaq maddəsi kimi istifadə olunur? - Sarağanın.

Şərabı adətən hansı ağacın oduncağından hazırlanmış çəlləklərdə saxlayırlar? - Palıdın.

Günəş Yerə hər saniyədə 16,76 x103 KJ enerji göndərir.

Planetin çaylarının enerji resursları 1 ildə 73 trilyon kVt/saatdır.

Dünya okeanında 5,5 mln.t qızıl vardır.

Dünya okeanında suyun həcmi 1,37 mld. km3-dir.

Hind okeanında şimal və cənub hissələrindəki mütləq yüksəklik fərqi 9,0 m-dir.

Dünya okeanının ümumi sahəsi 361,1 mln km3-dır.

Dünya okeanının orta dərinliyi 3795,0 m, Sakit okeanın orta dərinliyi 4280,0 m, Atlantik okeanın orta dərinliyi 3490,0 m-dir.

Bir ildə okeanlarla çaylarla 18,5 mln. t çöküntü material gətirir.

Buzlaqlarda 30 km3 içməli su ehtiyatı vardır.

Yerdə həyat 1,8 mld. il əvvəl yaranıb.

Hava örtüyünün kütləsi 5,2 x 1015-dur.

Bir ildə bir Adam üçün su sərfi 800 m3-dir.

Bəzi bakteriyaların artımı 1 gündə Yer kürəsini örtməyə imkan verər.

Okeanlarda biokütlə çəkisi 3,3 x 109 tondur.

500 mln ildə Yer qabığının ümumi çəkisindən çox canlı orqanizm yaranır.

İnsanların ümumi çəkisi 0,2 mld. tondur.

İnsanlar hər il 100 mld. ton süxurun yerini dəyişirlər.

Orqanik qalıqların ümumi kütləsi 3,8 x 1015 tondur.

Hər il 100 mld. ton mineral xammal istehsal olunur.

Yer qatında çökmə qatın həcmi 13 x 108 km3-dir.

O, Si, Al, Fe, Ca, Na, Mg, Fi yer qabığının çəkisinin 99,5 %-ni təşkil edir.

İnsan çəkisinin 98 %-ni 5 element (O, K, H, Ca, N) təşkil edir.

Bütün ömrünü dənizdə keçirən balıqlar hansılardır? - Kilkə və siyənəklər.

Siçan susuzluğa dəvədən daha çox tab gətirə bilir.

Qütb ayısı və şirlə döyüş yarananda sonda qütb ayısı qalib gələcək.

Qın (qabıq) ümumi yumurta çətisinin 12%-i təşkil edir.

Delfinlər bir gözü açıq, digər gözü qapalı yatırlar.

Filin hamiləliyi 24 aya bərabərdir.

Heyvanlar aləmində Zürafə ən yüksək təzyiqə malik canlıdır.

Zebralar narıncı rəngi görə bilmirlər.

Termometri Qalileo 1607-ci ildə icad edib.

Lupanı 1250-ci ildə İngiltərəli Rodjer Beykon icad edib.

1866-ci ildə Alfred Nobel dinamiti ixtira edib.

Qütb parıltısı
Qütb parıltısı yalnız yuxarı enliklərdə müşahidə olunan təbiətin gözəl optiki hadisələrdən biridir. Əksər hallarda qütb parıltısı mavi-ağ olur və yalnız nadir hallarda çoxrəngli parıltıya təsadüf etmək olar. Qütb parıltısı Yer kürəsinə yerətrafı kosmik mühitdən geomaqnit sahənin güc xətləri istiqamətində hərəkət edən yüklü hissəciklərin atmosferin yuxarı qatların bombalaması nəticəsində yaranır. Qütb parıltısı bir neçə saatdan bir neçə günə qədər davam edir və öz qeyri adi gözəlliyi ilə insanları valeh edir.

İldırım və şar ildırım
İstənilən şimşək mühitdən asılı olaraq müxtəlif forma alan elektrik cərəyanıdır. Əvvəllər yanan şar adlandırılan şar ildırım xüsusilə maraqlıdır. Şar ildırımların yaranma təbiəti dəqiq deyil. Bəzən onları ev və təyyarələrin daxilində də müşahidə etmişlər. Şar ildırımların davranışı da hələ dəqiq məlum deyil. Şar ildırım yanar-qırmızı, narıncı və ya sarı rəngdə olub, itənə qədər havada uça bilər. İldırım həmişə göy gurultusu və parlaq işıqla müşahidə olunur. Hər birimiz adi xətli şimşəyi müşahidə etmişik, lakin şar şimşək nadir hallarda təsadüf edilir. Təbiətdə hər adi xətli şimşəyə təxminən 2-3 şar şimşək düşür.

Göy ay
Hamımız adi ayı görməyə öyrəşmişik, lakin bəzən yüksək rütubət, atmosferin tozlanması və digər səbəblərdən Ay müxtəlif rənglərə boyanmış görsənir. Xüsusən göy və qırmızı Ay daha qeyri-adidir.Göy ay çox nadir təbiət hadisəsidir. Göy ay kül və his zamanı yaranır. Misal üçün kanadada meşələr yanan zaman ay bütün həftəni göy rəngdə oldu.

“Yanar” yağış (ulduzlu yağış)
Əslində göydən ulduzlar deyil meteoritlər düşür və onlar Yerin atmosferinə daxil olaraq qızır və yanırlar. Bu zaman Yer səthindən kifayət qədər uzaqda işıq görünür. Adətən ulduz və ya meteor yağışını yüksək intensivlə (saatda min meteoritə qədər) meteor axını adlandırırlar. Meteor axını Yer səthinə çatmayan atmosferdə yanan meteordan, meteor yağışı isə yerə düşən meteoritlərdən ibarətdir. Əvvəllər bu iki anlayış arasında fərq qoyulmurdu və hər ikisini “yanar yağış” adlandırırdılar. Maraqlı fakt: hər il meteorit qalıqlarından və kosmik tozun hesabına Yer kürəsinin kütləsi orta hesabla 5 milyard ton artır.

İlğım
Geniş yayılmasına baxmayaraq vahə həmişə mistik hiss yaradır. Əksər vahələr qızmış havanın optik xüsusiyyətlərini dəyişməsi ilə əlaqədar olduğunu bilirik. Vahə- insanların düşüncəsini heyrətləndirən elm tərəfindən çoxdan izah edilmiş hadisədir. Optik effektin əsasında havanın sıxlığının şaquli istiqamətdə yayılması durur. Müəyyən şəraitdə bu üfüqi istiqamətdə təsvirlərin yaranmasına səbəb olur.

2 qat qabarıq buludlar
2 qat qabarıq buludlar (lenticular mammatus) – nadir meteoroloji hadisədir. Bu şəkil Missuri ştatının Coplin şəhərindən 2005-ci ilin mayın 24-də çəkilmişdir. Şəhər əhalisi səhər tezdən bu qəribə təbiət hadisəsini müşahidə edə bilmişlər. Sonuncu dəfə bu hadisə 30 il bundan əvvəl burada qeydə alınmışdır.

Müqəddəs Elmanın işıqları
Müqəddəs Elmanın işıqları təbiətin gözəl və qeyri adi hadisəsidir. İlk dəfə bu hadisəni dənizçilər gəminin dor ağacında və digər şaquli vəziyyətdə duran tiklilərdə müşahidə etmişlər. Bu gözəl işıq verən şarlar şimşək, tufan və ya güclü qasırğa zamanı elektrik sahəsinin yüksək gərginliyi nəticəsində yaranır. Bəzən Müqəddəs Elmanın işıqları hadisəsi elektrik və radio cihazlarının sıradan çıxmasına səbəb olur.

Qloriya
Axşam dağda alçaq buludların altında tonqal qalasanız bu axşam sizin kölgəniz buludlarda əks olunacaq və sizin başınızın ətrafında işıqlanan areal yaranacaq. Bu hadisə qloriya adlanır. Qloriya – optiki hadisə olub, işıqlanma mənbəyinə əks nöqtədə olan müşahidəçinin önündə yerləşən buludlarda müşahidə olunur. Çində qloriyanı “müqəddəs Budda” adlandırırlar.

Yanar göy qurşağı
Yanar göy qurşağı adlanan bu qövsü od deyil, buz yaradır. Yanan göy qurşağının yaranması üçün günəşdən üfüqdən 58 dərəcə yuxarı qalxmaq və göy üzündə yumşaq bulud olmalıdır. Bundan əlavə yumşaq buludların təşkil olduğu çoxlu sayda yastı altıbucaqlı kristallar günəş şüasını sındırmaq üçün üfüqi şəkildə yerləşməlidir. Buna görə yanar göy qurşağını çox nadir hallarda müşahidə etmək olar.

Venera qurşağı (halqası)
Ala toran vaxtı, günəşin çıxmasına yaxın və ya onun batmasından dərhal sonra üfüqdə göyün bu hissəsi rəngsiz, digər hissəsi isə çəhrayı rəngdə olur. Bu hadisə Venera qurşağı adlanır. Rəngsiz zolağı artıq qaralmış və mavi göy arasında hər tərəfdə, hətta günəşin əks istiqamətində də görmək olar. Maviləşmiş göyü günəş şüalarının atmosferdə əks olunması ilə izah etmək olar. Venera qurşağının yaranmasını çıxan (və ya batan) günəşin şüalarının atmosferdə əks olunması ilə izah etmək olar. Venera qurşağı istənilən yerdə təmiz olduqda görmək olar.
Tarix: 12 Aprel 2011   |   Oxunub: 367 dəfə   | Kateqoriya: Ekoloji faktlar
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Ekoloji təqvim
Eko aforizmlər
Günün Fotosu
Çox oxunanlar